Ucnoqta.az
www.ucnoqta.az

Ukraynanın bu şəhərindən Bakıya uçuşlar başladı

23:33 - 5 İyul 2021 tarixində dərc olunub.

"SkyUp" aviaşirkəti Ukraynanın Lvov şəhərindən Bakıya birbaşa uçuşlara başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bu marşrut üzrə ilk reys iyulun 4-ü həyata keçirilib.

Qeyd olunub ki, Lvov şəhərindən Bakıya uçuşlar həftədə 1 dəfə olmaqla bazar günləri, Bakıdan Lvov şəhərinə uçuşlar isə bazar ertəsi günləri həyata keçiriləcək.

Müəllif: