Ucnoqta.az
www.ucnoqta.az

Şabranda çətənə kolları məhv edildi - <font color=red><b>DİN</b></font>

21:05 - 5 İyul 2021 tarixində dərc olunub.

Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Gəndov kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 100 kiloqramdan artıq olan 234 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: