Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>XƏBƏRDARLIQ:</b></font> Külək əsəcək, yağış yağacaq, dolu düşəcək

13:56 - 5 İyul 2021 tarixində dərc olunub.

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, iyulun 7-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı olunur.

Müəllif: