Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafedə bıçaqlanma olub

00:31 - 5 İyul 2021 tarixində dərc olunub.

Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Apa xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.
Zaqatala rayon sakini, 1988-ci il təvəllüdlü Canqayev Arif Mollaçı oğlu müştəri kimi getdiyi kafedə digər müştəri ilə mübahisə edib. Mübahisədən qaynaqlanan dava zamanı o, boğazından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müəllif: