Ucnoqta.az
www.ucnoqta.az

Qazaxıstanda AN-2 təyyarəsi qəzaya uğrayıb

08:21 - 4 İyul 2021 tarixində dərc olunub.
Qazaxıstanın Qızılorda şəhəri yaxınlığında AN-2 təyyarəsi qəzaya uğrayıb. Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Məlumata əsasən, təyyarənin göyərtəsində 2 pilot olub, onlar xəstəxanaya yerləşdirilib. Bildirilir ki, təyyarəyə havaya qalxdıqdan bir neçə kilometr sonra, yaranan texniki nasazlıqlar səbəbi ilə təcili eniş etməli olub və tarlaya düşüb.
Müəllif: