Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində, Füzuli parkının yaxınlığında qeydə alınıb.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən naməlum piyadanı vurub. Yaralı xəstəxanaya aparılıb.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.