Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə zəncirvari yol qəzası olub - <font color=red><b>4 nəfər xəsarət alıb - Foto</b></font>

19:36 - 3 İyul 2021 tarixində dərc olunub.

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində - Bələdiyyə meydanında baş verib. Belə ki, “VAZ- 21011” və “KİA” markalı minik maşınlarının toqquşması nəticəsində avtomobillərdən biri “Honda” markalı maşına çırpılıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alanlar - 1997-ci il təvəllüdlü Orxan Səlimov, 1993-cü il təvəllüdlü Ruhan Elşən oğlu, 1999-cu il təvəllüdlü Samir Məmmədov və 1996-cı il təvəllüdlü Arzuman Rzayev xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: