Bakıda xəstəxanada bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az Manset.az-a istinadən xəbər verir ki, hadisə 5 nömrəli xəstəxanada qeydə alınıb. Belə ki, əlillik arayışı almaq istəyən pasiyentin oğlu həmin xəstəxanada çalışan Zöhrab Şamxalovu bıçaqlayıb.
İlkin məlumata görə, həkimin vəziyyəti ağırdır, o komaya düşüb.
Faktla bağlı araşdırma aparılır.