Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>“Xaş-xaş-2021” əməliyyatı:</b></font> 900 kq-a yaxın narkotik tərkibli bitkilər aşkar edilib

10:32 - 3 İyul 2021 tarixində dərc olunub.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Müəllif: