Ucnoqta.az
www.ucnoqta.az

Avtomobil oğrusu isti izlərlə saxlandı - <font color=red><b>Video</b></font>

23:06 - 2 İyul 2021 tarixində dərc olunub.

Abşeronda sərxoş kişi başqasının avtomobilini qaçırıb. Polis həmin şəxsi saxlayıb. Rayonda digər oğurluq faktının da üstü açılıb. Hadisəni törədən şəxslər istintaqa cəlb olunublar.

Abşeronda 33 yaşlı şəxs yaşadığı Masazır kəndində avtomobil oğurlayıb. Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı hadisəni törədən Amil Dadaşov isti izlərlə tutularaq istintaqa cəlb edilib. O, oğurluğu sərxoş vəziyyətdə törətdiyini bildirib.

Amil Dadaşov əvvəllər də oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb. 
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyatla, "Hökməli dairəsi" adlanan əraziyə yaxın Çiçək qəsəbəsində bir obyektdən oğurluq edən Şirvan şəhər sakini, 27 yaşlı Cavidan Quliyev də tutulub. 

Hər iki faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 


///xezerxeber

Müəllif: