Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada tikintidə qumbara tapılıb

22:08 - 1 İyul 2021 tarixində dərc olunub.
Zaqatalada tikinti aparılan ərazidə qumbara tapılıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospekti, ev 69 ünvanında baş verib. Həmin ünvanda qazıntı işləri aparan zaman torpağın 3-4 metr dərinliyindən paslanmış vəziyyətdə olan qumbara tapılıb. Əraziyə rayon hüquq-mühafizə orqan və müvafiq qurumların əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı qumbaranın ötən əsrin ortalarında və daha əvvəl istehsal olunduğu vurğulanıb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: