Ucnoqta.az
www.ucnoqta.az

"Bazar Store" supermarketində yanğın olub

17:52 - 1 İyul 2021 tarixində dərc olunub.

Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən "Bazar Store" supermarketinə aid 10 ədəd kondisioner, 1 ədəd reklam lövhəsi və müşahidə kamerası yanıb.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, bina və yaxınlıqdakı qurğular yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: