Bu gün Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.
Avtosfer.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Zağulba 3”, “Bilgəh”, “Lökbatan” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.