Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil gənc qadını vurdu

22:52 - 30 İyun 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Mahmudova Gülnarə İbad qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub. G.Mahmudova reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: