Ucnoqta.az
www.ucnoqta.az

İranda delta ştammı tapıldı

15:46 - 29 İyun 2021 tarixində dərc olunub.

İranda koronavirusun delta ştammına yoluxma qeydə alınıb.

Bu barədə Məşhəd Səhiyyə Elmləri Universitetinin prorektoru Mehdi Kelian məlumat yayıb.

Qeyd edək ki, ilk dəfə Hindistanda aşkar edilən COVİD-19 infeksiyasının delta ştammı artıq dünyanın 100-ə yaxın ölkəsində yayılıb. Bu ştammın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətli templə yayılmasına səbəb olur.///axar.az

Müəllif: