Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda axtarışda olan şəxs tutuldu

12:48 - 29 İyun 2021 tarixində dərc olunub.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan şəhər sakini Ə.İbadov saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 115 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Müəllif: