Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda dəhşətli qəza - <font color=red><b>Ölənlər var - FOTO</b></font>

10:49 - 29 İyun 2021 tarixində dərc olunub.

Ağdaşda faciə ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə iyunun 29-da səhər saat 5:30 radələrində rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Salmanovun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb edilib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.///baku.ws

Müəllif: