Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 28 yaşlı gənc evdə ölü tapılıb

22:39 - 28 İyun 2021 tarixində dərc olunub.

Sumqayıtda 28 yaşlı gənc evdə ölü tapılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Tural Əliyev yaşadığı evdə qəfildən halı pisləşərək dünyasını dəyişib. Onun narkotik aludəçisi olduğu və yüksək dozada narkotik maddə qəbul etdiyi üçün öldüyü bildirilir. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: