Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə avtomobillər toqquşdu, <font color=red><b>xəsarət alanlar var</b></font>

22:50 - 27 İyun 2021 tarixində dərc olunub.

Şəki rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun rayonun Böyük Dəhnə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil "Qazel" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı 3 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: