Ucnoqta.az
www.ucnoqta.az

28 yaşlı Şəki sakini Moskvada çayda boğulub

20:57 - 27 İyun 2021 tarixində dərc olunub.

Şəki rayon sakini Rusiyada suda boğulub.

Hadisə Moskva şəhərində qeydə alınıb.
Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.

V. Abdullazadənin yaxınlarının verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.///apa

Müəllif: