Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda iki yük maşını toqquşdu, <font color=red><b>qarpızlar yola dağıldı - FOTO</b></font>

17:20 - 27 İyun 2021 tarixində dərc olunub.

Bakı-Qazax-Gürcüstan magistral yolunun Hacıqabul rayonu ərazindən keçən hissəsində (əks istiqamətdə) avtomobil qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, qarpız daşıyan "QAZel" markalı maşınlar Hacıqabulun Pirsaat kəndi ərazisində toqquşub.
Nəticədə avtomobillərə ciddi ziyan dəyib, qarpızlar yola tökülüb.

Qəza zamanı ölən və yaralanan olmasa da yolda kiçik tıxac yaranıb.

Müəllif: