Türkiyədə Muğlanın Marmaris rayonunda meşə sahəsində yanğın baş verib.
APA-nın xəbərinə görə, turizm bölgəsi olan əraziyə yanğınsöndürənlər göndərilib.
Muğla Meşə Baş İdarəsindən bildirilib ki, yanğının söndürülməsində iştirak edən İdarənin əməkdaşlarından biri həyatını itirib.
Muğla valisi Orhan Tavlı saat 10.35 radələrində başlayan və hələ də davam edən yanğının söndürülməsinə küləkli hava şəraitinin mane olduğunu, yanğınsöndürmə əməliyyatına ətraf rayonlardan əlavə qüvvələr cəlb edildiyinin bildirib.