Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə mikroavtobus qəzaya uğradı,<font color=red><b> xəsarət alanlar var - Foto</b></font>

21:14 - 26 İyun 2021 tarixində dərc olunub.

Şəki rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Cəfərabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil mikroavtobusla toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: