Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə bazarda baş verən yanğında 5 polis tüstüdən zəhərlənib

20:16 - 26 İyun 2021 tarixində dərc olunub.

“İyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb”.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb: “Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir. Yanğının baş vermə səbəbləri araşdırılır”.

 

Müəllif: