Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə imtahandan kəsilən qız intihara cəhd edib

19:10 - 26 İyun 2021 tarixində dərc olunub.

Gəncədə intihara cəhd hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.1996-cı il təvəllüdlü L. M. özünü binanın 3-cü mərtəbəsindən atıb. Dərhal gənc qız xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, 25 yaşlı qız imtahandan kəsildiyi üçün intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: