Ucnoqta.az
www.ucnoqta.az

Cəbrayılda Güllücə aşırımında güclü yanğın - <font color=red><b>Helikopter cəlb edildi - VİDEO</b></font>

17:43 - 26 İyun 2021 tarixində dərc olunub.

Cəbrayıl rayonunda yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Ərazinin düşmən tərəfindən minalandığını və buna görə də yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Müəllif: