Ucnoqta.az
www.ucnoqta.az

Xırdalan bazarındakı yanğın söndürüldü - <font color=red><b>YENİLƏNİB - VİDEO</b></font>

17:34 - 26 İyun 2021 tarixində dərc olunub.

Xırdalandakı bazarda yanğın söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 kvadratmetr sahədə piştaxta və plasmas su çəni yanıb.

16:55

Xırdalan şəhərində yerləşən bazarlardan birində yanğın başlayıb. 

Bununla bağlı manşet.az görüntülər yayıb.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: