Ucnoqta.az
www.ucnoqta.az

Quba sakini qayalıqdan sürüşərək çaya düşüb - <font color=red><b>VİDEO</b></font>

15:15 - 26 İyun 2021 tarixində dərc olunub.

İyunun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən 1 nəfər vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini, 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.

Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: