Ucnoqta.az
www.ucnoqta.az

Bakıda beş qadını avtomobil vurub

05:49 - 26 İyun 2021 tarixində dərc olunub.
Gecə saatlarında paytaxtın müxtəlif rayonlarında qəza baş verib. APA xəbər verir ki, hadisələr Suraxanı, Nəsimi, Səbail, Binəqədi və Yasamal rayonlarında qeydə alınıb.Qaraçuxur qəsəbəsində 1963-cü il təvəllüdlü Nəzərova Rasimə Abbas qızını, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində 1996-ci il təvəllüdlü Bəhrəmova Aygül İlham qızını, İstiqlaliyyət küçəsində 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını, Biləcəri qəsəbəsində isə yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Yadigarova Nigar Musa qızını və Abbas Mirzə Şərifzadə küçəsində isə 2001-ci il təvəllüdlü Tağıyeva Gülnar Arif qızını minik avtomobili vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Qeyd edək ki, piyada vurulması ilə nəticələnən avtoqəzalar sutkanın qaranlıq vaxtında baş verib.
Müəllif: