Ucnoqta.az
www.ucnoqta.az

İmişli bazarındakı yanğın söndürülüb - <font color=red><b>VİDEO</b></font>

20:50 - 25 İyun 2021 tarixində dərc olunub.

İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.


18:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Müəllif: