Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda yabanı halda bitən çətənə kolları məhv edilib - <font color=red><b>FOTO</b></font>

09:35 - 25 İyun 2021 tarixində dərc olunub.

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 ton olan, 4 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Müəllif: