Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 30 yaşlı gənc oğlan bıçaqlandı

09:18 - 25 İyun 2021 tarixində dərc olunub.

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxt ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Xankişiyev Telman Əmirullah oğlu dava zamanı bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qarın boşluğunda daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: