Ucnoqta.az
www.ucnoqta.az

Bakıda hündürmərtəbəli binada yanğın olub

00:18 - 25 İyun 2021 tarixində dərc olunub.

Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 29 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata görə, yanğın binanın 10-cu mərtəbəsindəki mənzildə qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: