Lənkəranda qohumlarını qətlə yetirən şəxs saxlanılıb.
"Report" xəbər verir ki, qətlin ailə münaqişəsi zəminində baş verdiyi söylənilir.
Xatırladaq ki, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə ov tüfəngindən atəş açaraq qətlə yetirib. Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.