Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

20:17 - 24 İyun 2021 tarixində dərc olunub.

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar.

Bu barədə erməni mətbuatı məlumat yayıb.
Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1585 olub.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır./axar.az

Müəllif: