Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edilib

16:20 - 24 İyun 2021 tarixində dərc olunub.

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: