Ucnoqta.az
www.ucnoqta.az

İstanbulda azərbaycanlı güllələndi - <font color=red><b>Video</b></font>

09:11 - 24 İyun 2021 tarixində dərc olunub.

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub

Ucnoqta.z "qafqazinfo"-ya istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.
Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.

Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.

Müəllif: