Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda yanğın hadisəsi baş verib

00:19 - 24 İyun 2021 tarixində dərc olunub.

Cəlilabad rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli köməkçi tikilinin çardağının yanar konstruksiyaları yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: