Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda minik maşını TIR-a çırpılıb - <font color=red><b>4 nəfər xəsarət alıb</b></font>

16:10 - 23 İyun 2021 tarixində dərc olunub.

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səmədabad kəndindəki Bayraq meydanında qeydə alınıb. "VAZ-2115" markalı minik maşını TIR-a çırpılıb. Hadisə nəticəsində "VAZ”-da olan dörd nəfər Yevlax sakini - 1987-ci il təvəllüdlü Bəxtiyar Quliyev, 2000-ci il təvəllüdlü Kamran Cavanşirov, 2004-cü il təvəllüdlü Əmirşah Vahabov və 2003-cü il təvəllüdlü Səməndər Bayramov müxtəlif xəsarətlər alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: