Ucnoqta.az
www.ucnoqta.az

Qubada 46 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

14:03 - 23 İyun 2021 tarixində dərc olunub.

Quba rayonunda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahir Mustafaqulu oğlu Turabov həyətyanı sahəsindəki su mühərrikini təmir etmək istəyib. Bu zaman onu elektrik cərəyanı vurub.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.
Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: