Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var

10:14 - 23 İyun 2021 tarixində dərc olunub.

Şamaxı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Şamaxı rayonunun Çağan kəndində qeydə alınıb. 10-BF-460 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Çağan kənd sakinləri, 1955-ci il təvəllüdlü Mürsəlov Vidadi Qələmşah oğlu, 1981-ci il təvəllüdlü Əsədova Şəlalə Oqtay qızı, 1940-cı il təvəllüdlü Namazov Müzəffər Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: