Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda avtomobil elektrik dirəyinə çırpılıb

21:41 - 22 İyun 2021 tarixində dərc olunub.

Xaçmazda yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Mirəliyev Elxan Nəcməddin oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil idarəetmədən çıxaraq, yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Zərbənin gücündən elektrik dirəyi aşaraq, qaz və rabitə xətlərini də sıradan çıxarıb.

Qəza zamanı sürücü xəsarətlər alıb.
Qəza səbəbindən ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: