Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasında yanğın söndürülüb - <font color=red><b>VİDEO</b></font>

22:23 - 21 İyun 2021 tarixində dərc olunub.

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.


21:43

Bakıda hündürmərtəbəli yaşayış binasında partlayış olub.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında baş verib. Həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

Müəllif: