Ucnoqta.az
www.ucnoqta.az

Daha 56 nəfər koronaya yoluxub, <font color=red><b>1 nəfər vəfat edib - Foto</b></font>

16:37 - 20 İyun 2021 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 335 493 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981 nəfərdir. Ölkədə son sutka ərzində 7 581, hazırkı dövrədək isə 3 675 862 test aparılıb.
Müəllif: