Ucnoqta.az
www.ucnoqta.az

Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş - <font color=red><b>Foto</b></font>

15:33 - 19 İyun 2021 tarixində dərc olunub.
Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Günay Qurbanova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib. 32gun.news-un əldə etdiyi məlumata görə, nazirin vəzifə verdiyi xanım, deputat Sadiq Qurbanovun həyat yoldaşıdır. O, Bakı şəhər İcra Hakimiyyətindəki vəzifəsindən bu ilin iyun ayının 3-də istefa verib. Günay Qurbanova 16 gün işsiz qaldıqdan sonra yeni vəzifəyə təyin edilib.
Müəllif: