Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda qətl törədən şəxs saxlanılıb

09:52 - 19 İyun 2021 tarixində dərc olunub.

Şirvanda həmyerlisini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, iyunun 18-də münaqişə zəminində Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxrəddin Veys oğlunu bıçaqlayaraq qətlə yetirən Şirvan sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Xəyyam Mehman oğlu polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: