Ucnoqta.az
www.ucnoqta.az

Putin ilə Baydenin görüşü 2 saata yaxın davam edib

00:00 - 17 İyun 2021 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Co Bayden ilə Cenevrədə keçirilən danışıqlarının çox konstruktiv olduğunu deyib.

Trend-in məlumatına görə, bu barədə V.Putin jurnalistlərə Rusiya-ABŞ zirvə toplantısından sonra deyib.

Rusiya lideri bildirib ki, söhbət çox konstruktiv olub. O qeyd edib ki, onların görüşü 2 saata yaxın davam edib.

Müəllif: