Ucnoqta.az
www.ucnoqta.az

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - <font color=red><b>FOTO</b></font>

12:32 - 16 İyun 2021 tarixində dərc olunub.

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.

Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.

Qeyd edək ki, Ə.Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Onun son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ə.Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.///report

 

Müəllif: