Ucnoqta.az
www.ucnoqta.az

Şəhriyar Məmmədyarov Rumıniyada çempion oldu

19:01 - 14 İyun 2021 tarixində dərc olunub.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.

Oxu.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib.
Xallarının sayını 6-ya çatdıran Məmmədyarov çempion olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla heç-heçə edib. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.

Müəllif: