Ucnoqta.az
www.ucnoqta.az

Mənzildən 10 min manata yaxın oğurluq edən qadın tutuldu

19:36 - 12 İyun 2021 tarixində dərc olunub.

Bakı şəhərində mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 9 500 manat pul oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini O. Nuriyeva saxlanılıb.

Müəllif: